NƏTİCƏ

Bəs niyə məhz “Torpaqdan süfrəyə”? Heç 

şübhəsiz ki, məhz bu    layihəni seçməyimiz də

 təsadüfi deyil. Tanrı sovqatı olan çörək,
       milliyyətindən və dini mənsubiyyətindən
 asılı olmayaraq, bütün insanlar üçün
 müqəddəs nemətdir. Azərbaycanlılar çörəyi hər

 şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə

 birinci gətirir və süfrədən də axırda aparırlar.

 Çörəyə hörmət hər bir azərbaycanlının

qanında və       canındadır. Bəlkə də elə həmin

 səbəbdən çörəyə and içir, kiminsə səhlənkarlığı
ucbatından yerə düşmüş çörək parçasını
 qaldırıb öpür və gözünün üstünə qoyuruq. Bu,

 çörəyin müqəddəsliyinə böyük inamdan irəli
  
     gəlir.

-Çörək həyatdır.çörək yaşayışdır.   Çörəyi bol

 olan xalqa zaval yoxdur.  O hec vaxt

 basılmaz.Böyük şairimiz Səməd Vurğun çox
 gözəl demişdir

Torpağa düşməsin havayı bir dən,

Çörək bol olarsa , basılmaz Vətən!





Комментариев нет:

Отправить комментарий